Ötən gün axşam saatlarında Şirvanda bıçaqlanma hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, Şirvan şəhər sakini Əcəmi küçəsi ev 31 ünvanında yaşayan 1981-ci il təvəllüdlü Süleymanov Famil Fərəməz oğlu aldığı bıçaq xəsarəti ilə Şirvan Mərkəzi Şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkim Famil Yusifovun dediyinə görə, Famil Süleymanovda döş qəfəsinin sağdan kəsilmiş-deşilmiş yarası aşkar edilib. Famil Süleymanovu bıçaqla vuran şəxs polis tərəfindən müəyyən edilib. Hadisəni törədən Şirvan sakini Xəqani küçəsi bina 4 mənzil 68-də yaşayan 1990-cı il təvəllüdlü Rəsulov Röyal Rasim oğludır və bu şəxs artıq polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Röyal Rəsulovun zərərçəkmiş Famil Süleymanovla qohum olduğu və hadisə ailə məişət zəminində baş verdiyi bildirilib.
Faktla bağlı cinayət işi başlanılıb araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB