Göyçay rayonunda çoban odlu silahla özünə xəsarət yetirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dünən Göyçay rayonunun Bığır kənd sakini Rəvan Bəlalıyev odlu silahdan atəş açarkən xəsarət alıb.
Yaralı dərhal rayon xəstəxanasına yerləşdirilib. Araşdırmalar zamanı R.Bəlalıyevin qoyun otaran zaman ehtiyatsızlığı nəticəsində özünə məxsus "TOZ-25" markalı ov tüfəngdən açdığı atəşdən xəsarət alması müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB