Moskvadan bir gün öncə gələn Göygöl sakini yaşadığı kənddə qətl törədib. Hadisə yanvar ayının 13-ü Göygöl rayonunun Qızılqaya qəsəbəsində baş verib. SİA-nın bölgə müxbirinin Göygöl rayon Prokurorluğu və Polis Şöbəsinə istinadən verdiyi məlumata görə, Gəncə şəhər sakini, Gülüstan qəsəbəsində yaşayan Xəlilov Kamran Bəhruz oğlu Göygöl rayonda yaşayan Məmmədov Oqtay Məlik oğlunu bıçaqla qətlə yetirib. O, çayxanaların birində soyuq silahla adıçəkilən mərhumun ürək nahiyəsinə vuraraq həyatına son qoyub. Aparılan əməliyyatla cinayəti törədən şəxs tutulub. İlkin istintaq zamanı məlum olub ki, dünyasını dəyişən şəxs Kamran Xəlilov barəsində Rusiyada olarkən xoşagəlməz ifadələr işlədib.
Artıq Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB