Xəzərdən iki balıqçı xilas edilib

Xəzərdən iki balıqçı xilas edilib

Xəzər dənizinin Azərbaycan sektorunda batma təhlükəsi ilə üzləşən balıqçılar xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dünən Lənkəran rayonu, Siyavar kəndi yaxınlığında 2 nəfər balıq tutmaq məqsədi ilə qayıqla dənizə çıxıb və mühərrikdə yaranmış nasazlıq səbəbindən köməksiz vəziyyətdə qalıblar. Balıqçıların sahildən təxminən 5 km aralıda tapılaraq xilas olunması təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə