Yanvarın 12-də Şağan qəsəbə sakini Qəhrəman Əliyevə məxsus həmin qəsəbədə yerləşən mağazadan qapını sındırma yolu ilə ərzaq malları oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Tural Həsənov yanvarın 13-də yaxalanıb. Müəyyən edilib ki, o, noyabrın 19-da Tağıyev küçəsində Veyis Abdullayevə məxsus bağ evindən pəncərədən keçmə yolu ilə 100 manat, qızıl-zinət əşyaları, tuner və təmir alətləri oğurlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB