Türkiyə vətəndaşının evindən külli miqdarda pul oğurlayan qadın yaxalanıb
Yanvarın 13-də İnşaatçılar prospektində yaşayan Türkiyə Respublikasının vətəndaşı Güvən Lokmanın mənzilindəki seyfdən açar seçmə yolu ilə 50 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Səbinə Orucova yanvarın 13-də yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB