Cibgir yaxalandı
Paytaxt ərazisində ciblərə qənim kəsilən şəxs yaxalanıb. Gəncə şəhər sakini Mətləb İsmayıllı Nəsimi rayonu ərazisində 61 №-li xətt avtobusunda oğurluq edərkən saxlanılıb. O paytaxt sakini Nazim Gülmalıyevin avtobusdan düşərək cibindən 140 manat pulunu və şəxsiyyət vəsiqəsini çıxararaq hadisə yerindən uzaqlaşıb.
Lakin uzaqa qaça bilməyən Mətləb İsmayıllı Baş Mühafizə İdarəsi və Nəsimi RPİ 20-ci PB əməkdaşları tərəfindən tutularaq polisə təhvil verilib.
Faktla bağlı istintaq gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə