Saxta sənədlərlə 100 min manatdan artıq kredit götürən dəstə zərərsizləşdirilib
Azərbaycanda saxta sənədlərlə 100 min manatdan artıq kredit götürən dəstə zərərsizləşdirlib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumat görə, Bakı şəhər sakinləri Gülarə Bədirova, Xuraman Xudiyeva, Səyavuş Məmmədov, Ceyran Süleymanova, Xırdalan şəhər sakini Aybəniz Behbudova və qeyriləri cinayət əlaqəsinə girərək, ölkənin bir sıra iri sənaye-xidmət müəssisələrinin və digər dövlət təşkilatlarının möhür-ştampları vurulan saxta sənədlər hazırlayıb, bir neçə banka təqdim ediblər.
Onların bu yolla 100 000 manatdan artıq kredit vəsaiti götürmələri müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB