Bakı məktəbində müəllimənin qətlə yetirilməsi ilə nəticələnən ağır cinayətin təfərrüatları məlum olub. SİA-nın verdiyi məlumata görə, Rəhimə İsmayılovanı öz həyat yoldaşı Xəyal İsmayilov qətlə yetirib. Rusiyada yaşayan, Gürcüstan vətəndaşı olan X.İsmayılov uzun müddətdir həyat yoldaşından ayrılmaq üçün məhkəməyə müraciət edib. Hadisədən bir necə gün əvvəl isə o, həyat yoldaşının ərə getmək istəyini eşidərək Azərbaycana gəlib. Həyat yoldaşı ilə razılığa gələ bilməyən qısqanc ər sonda onu öldürməyə qərar verib. Xəyal İsmayılov hazırda polisə təslim olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB