Paytaxda narkotik vasitələr satan şəxs yaxalandı. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 3-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirallahı qəsəbə sakini Bayramqulu Məhərrəmovdan 1 kiloqram 430 qram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB