Quba rayonunda intihar hadisəsi baş verib. Bölgə müxbirinin SİA-ya verdiyi məlumata görə, 51 yaşlı qadın özünü asıb. Quba rayon Prokurorluğundan verilən məlumata görə, Birinci Nügədi kənd sakini 1961-ci il təvəllüdlü Hüseynova Xalidə Həsənpaşa qızı özünü yaşadığı evin həyətindəki talvardan asıb. 51 yaşlı qadının hansı səbəbdən intihar etməsi naməlum olaraq qalır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB