Bakı Apelyasiya Məhkəməsində narkotika göndərməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb
Bakı Apelyasiya Məhkəməsində Azərbaycandan Rusiyaya qatar vasitəsi ilə narkotik göndərməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb. SİA-nın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə məhkəmənin ilkin iclası keçirilib.
Məhkəmə baxışı yanvarın 18-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Məmmədsalahov 13 il, Azər Quliyev 13 il, Rufin Axundov, Kamil Məmmədov, İbrahim Zeynalov, Nəvai Qurbanov hər biri 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Dəstə üzvləri Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onlardan Bakı-Moskva qatarının bələdçiləri ilə Rusiyaya qaçaq yolla göndərmək istədikləri 10 kiloqrama yaxın həşiş, vaqonun xidməti kupesinin ventilyasiya şaxtasında aşkarlanaraq götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB