Respublikada bir gündə dörd nəfər zəhərlənib

Respublikada bir gündə dörd nəfər zəhərlənib

Azərbaycanda bir gündə dörd zəhərlənmə faktı qeydə alınıb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhər sakinləri Könül Sadıqova, Almaz Babayeva, Göygöl rayon sakini Məlahət Qədimova evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Biləsuvar rayonunun Zəhmədabad kənd sakini Elnarə Qasımova isə evində dəm qazından zəhərlənərək boğulub.

Bütün xəbərlər Facebook səhifəmizdə