Gəncə sakini bir gündə iki mağaza yardı

Gəncə sakini bir gündə iki mağaza yardı

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi növbəti əməliyyatla bir gündə iki mağazanı yaran şəxs həbs edilib. SİA-nın bölgə müxbirinin Gəncə şəhər Baş Polis İdarəsinə istinadən verdiyi məlumata əsasən, əməliyyat sahibkarlar Qasımov Murad Vaqif oğlu və Cabbarov Qəhrəman Mirəli oğlunun hüquq-mühafizə orqanı əməkdaşlarına etdiyi müraciətindən sonra aparılıb.

Məlum olub ki, yuxarıda adıçəkilən şəxslərin mağazalarını 1971-ci il təvəllüdlü Goranboy rayonunda anadan olan və hazırda Gəncədə yaşayan İsmayılov Fəxrəddin Əcməddin oğlu soyub. O, ticarət mərkəzlərindən təxminən 1450 manat dəyərində siqaret, saqqız və spirtli içkilər oğurlayıb.

Saxlanılan şəxsin tutulması hüquq-mühafizə orqanı əməkdaşları üçün elə də çətin olmayıb. Belə ki, Fəxrəddin İsmayılovun cinayət metodu polisə tanış olduğundan onu müəyyənləşdirmək tez başa gəlib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.-cü maddələri ilə cinayət işi açılıb. Fəxrəddin İsmayılov sonuncu dəfə 2011-ci ilin dekabr ayının 29-da azadlığa buraxılıb.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə