Salyanda neftçiləri daşıyan avtobus aşıb, bir nəfər ölüb. SİA-nın Aran bürosunun məlumatına görə, hadisə Salyanın Kürsəngi kəndi ərazisində baş verib.
Salyan rayon Polis Şöbəsinin istintaq bölməsindən verilən məlumata əsasən bu gün səhər saat 09:00 radələrində "Salyan OYL" Əməliyyat Şirkətinin sürücüsü, Neftçala rayon sakini Ələsgərov Sübhan Mehman oğlunun idarə etdiyi "KAVZ" markalı 47 BA 852 dövlət nömrə nişanlı avtobusu içərisində 20 nəfər fəhlə ilə birgə Kürsəngi neft yatağının ərazisində, yolun kənarındakı gölməçəyə aşırıb. Nəticədə avtobusdakı işçilərdən biri, şirkətin qazmaçı fəhləsi, Salyan rayonunun Kərimbəyli kənd sakini, 1954-cü il təvəllüdlü Cəfərov Elxas Ramiz oğlu hadisə yerində dünyasını dəyişib. Avtobusda olan digər fəhlələrdən heç biri xəsarət almayıb.
Baş vermiş hadisə ilə bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB