Fırtına Bodrumda həyatı iflic edib - FOTO

Fırtına Bodrumda həyatı iflic edib - FOTO

Türkiyənin Bodrum şəhərində ötən gündən başlayan "Lodos" küləyi həyatı iflic edib. SİA-nın "Zaman" qəzetinə sitinadən verdiyi xəbərə görə, sahildə dalğaların hündürlüyü 2 metrə qalxıb. Nəticədə sahil kənarında olan bir çox restoran və barlar su ilə dolub.

Bəzi elektrik xəttləri və telefon kabelləri sıradan çıxıb. Lodosun təsiriylə bərə səfərləri də ləğv edilib. Bodrum bələdiyəsi isə vətəndaşları ehtiyatlı olmağa çağırıb. Saatda 90 km-ə qədər çatan "Lodos" küləyinin hələ bir neçə gün davam edəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə