Gəncədə oğurluğa cəhd edən və quldurluq törədən şəxslər tutuldu

Gəncədə oğurluğa cəhd edən və quldurluq törədən şəxslər tutuldu

Gəncə Polis İdarəsinin əməkdaşları keçirdiyi əməliyyatla oğurluğa cəhd edən və quldurluq törədən şəxsləri həbs edib. Gəncə şəhər Baş Polis İdarəsindən SİA-nın Qərb bürosuna verdiyi məlumata görə, 4 yanvar tarixində şəhər sakini Abbasova Hüsniyyə Rza qızına məxsus mənzili qarət etməyə çalışan 1979-cu il təvəllüdlü Quliyev Rasim Qəhrəman oğlu tutulub. Hüquq-mühafizə orqanı əməkdaşları oğrunu iş başında həbs edib.

Qeyd edək ki, Rasim Quliyev 2008-ci ildə quldurluq etdiyi üçün, 2002-ci ildə isə Rusiya Fedarasiyasında soyğunçuluq etdiyi üçün həbsxana həyatı yaşayıb.

26 dekabr 2001-ci ildə isə Goranboy sakini Abdullayev Telman Vəli oğlunu qarət edən şəxs yaxalanıb. Cinayətin motivinə görə, 1982-ci il təvəllüdlü Mehdiyev Muxtar Viktor oğlu Dəliməmmədlidən tiaksiyə minərək avtomobili Gəncə şəhər Vəlixuluflu küçəsinə sürdürüb. Orada isə taksi sürücüsünü döyməklə onun barmağından ümumi dəyəri 90 manat olan qızıl üzüyü və 60 manat nəğd pulunu aparıb.

Faktla baclı cinayət işi açılıb.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə