Qubanın \"Qəçreş\" istirahət zonasındakı bağ evlərindən oğurluq etməkdə şübhəli bilinən 2 şəxs polis tərəfindən saxlanılıb. SİA-nın Şimal bürosunun veriyi xəbərə görə, bir müddət əvvəl Qubaya fəhlə işləməyə gələn Qəbələ rayon Vəndam kənd sakini 24 yaşlı Nuru Sədrəzənov və Salyan rayonu Xalac kənd sakini 34 yaşlı Nəsimi Ağahəsənov 5 oğurluq faktı üzrə təqsirli bilinir. Onlar dekabrın 25-dən 28-nə dək kimsənin yaşamadığı bağ evlərinə daxil olaraq mənzillərdə oğurluq məqsədi ilə axtarış aparıblar. 5 evdə aparılan axtarış nəticəsində yalnız 3 mənzildən 570 manat dəyərində xalça, xarici ölkələrdə istehsal olunan spirtli içkilər və cəmi 60 manat pul oğurlanıb. Mənzil sahiblərinin müraciətləri əsasında başlanan əməliyyat axtarış tədbirləri nəticəsində adları çəkilən şəxslər Quba şəhərində polis tərəfindən saxlanılıb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB