Narkotik alverçisi tutuldu

Bakının Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Bakı sakini Həzrətqulu İmanovdan 400 qramdan artıq narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə