İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri yol qəzasına düşdü

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri yol qəzasına düşdü

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri xanım Sabin Ulmann Şaban yol qəzasına düşüb. SİA-nın məlumatına görə, hadisə Səbail rayonu ərazisində, M.Mansur küçəsi 72 saylı binanın qarşısında baş verib. Belə ki onun idarə etdiyi "Linkoln" markalı SFR 0442 dövlət qeydiyyat nişanlı avtomobil Ucar sakini Ruslan Usubovun idarə etdiyi KİA markalı maşınla toqquşub. Xoşbəxtçilikdən hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə