Şəmkirdə 4 otaqlı ev yandı

Şəmkir rayonunun Çinarlı kəndində ümumi sahəsi 178 kv olan mənzilin təxmitnən 64 kv.m-i, başqa sözlə desək 2 otqağı tamamilə yanıb. SİA-nın bölgə müxbiirinin Şəmkir rayon Yanğından Mühafizə İdarəsinə istinadən verdiyi məlumata əsasən, hadisə saat 03:30 radələrində qeydə alınıb. Xoşbəxtlikdən hadisə zamanı mənzildə olan 4 nəfərlik ailə üzvülərinin həyatını xilas etmək mümkün olub. Bundan əlavə, edilən müdaxilələr nəticəsində alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.

Hazırda faktla bağlı araşdıma aparılır.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə