Bakının Nizami rayonunda 4 nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən qəza baş verib. Çobanzadə və Nəsimi küçələrinin kəsişməsində qeydə alının avtoqəza hərəkətdə olan iki avtomobilin – "Mercedes" və "Vaz 2121" markalı nəqliyyat vasitlərinin toqquşması nəticəsində meydana gəlib. Hadisə zamanı əzilən "Toyota Prado" və "Lexus" markalı avtomobillər isə dayanmış vəziyyətdə olub. Qəzanın səbəblərini Nizami polisi araşdırır.Məlumata görə, "Niva" ilə "Mercedes" toqquşandan sonra Mercedes" "Prado"ya, "Niva" isə "Lexus"a dəyib. "Leksus" isə öz növbəsində ağaca dəyib. Qəza nəticəsində "Niva"da olan sərnişin yüngül xəsarət alıb.Qəzanın baş verdiyi ünvanda müayinələr aparan polis əməkdaşları hadisənin "Niva"nın sürücüsünün səhvi ucbatından meydana gəldiyi qənaətindədirlər.Qəzanın təfərrüatlarının araşdırılması Nizami rayon polis idarəsinin istintaqçıları tərəfindən davam etdirilir. Bu məqsədlə sürücülər də ifadələrinin alınması və sərxoşluq müayinəsindən keçirilmələri üçün müvafiq polis orqanına dəvət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB