Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində avtomobilin təkərinin partlaması ölümə səbəb olub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 4-də Qobustan qəsəbəsindəki \"Təzə Yurd\" adlandırılan ərazidə yaşayan Ağazər Niftəlyiev özünə məxsus avtomaşının təkərini təmir edərkən təkər partlayıb.
Nəticədə A.Niftəliyev və ona kömək edən qonşuları Səxavət Balayev və Ramal Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. R. Məmmədov orada dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB