Hacıqabulda baş verən zəncirvari avtomobil qəzasında 3 nəfər ölüb - FOTO

Hacıqabulda baş verən zəncirvari avtomobil qəzasında 3 nəfər ölüb - FOTO

Hacıqabulda ağır zəncirvari avtomobil qəzasında 3 nəfər ölüb. SİA-nın Aran bürosunun məlumatına görə, hadisə bu gün saat 15:30 radələrində Hacıqabul rayonun Padar kəndi ərazisində Bakı Qazax yolunda baş verib.

Baş verən zəncirvari qəzada "POLAT A.Ş tikinti şirkətinə məxsus MAN yük maşını QAZ 2931 və VAZ 2106 markalı avtomobillərlə toqquşub. Nəticədə 3 nəfər ölüb, bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yevlax sakini Səftər Bayraməliyevin idarə etdiyi MAN markalı yük maşını Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən Ağsu sakini Talıbov Kamil Şamil oğlunun idarə etdiyi QAZ 2931 markalı 24 BA 141 dövlət nömrə nişanlı avtomobil yola sol tərəfdən, Hacıqabul rayonu Padar kənd sakini Həsənov Kazım Mikayıl oğlunun idarə etdiyi VAZ 2106 markalı 24 BB 461 dövlət nömrə nişanlı avtomoili isə sağ tərəfdən yola çıxıb. Bu zaman yük maşınının sürücüsü çaşıb və hər üç avtomobil bir-birinə dəyib. Nəticədə QAZ 2931-in sürücüsü, VAZ 2106 avtomobildə olan sərnişin Ağsu rayon Padarqışlaq kənd sakini Müzəffərov Vüqar Qaroğlan oğlu və sürücü hadisə yerində ölüblər.

Faktla bağlı BDYP-ndə araşdırma aparır.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə