Bakı-Şamaxı yolunda ölumlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib
Bu gün günorta saatlarında Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polis İdarəsindən SİA-ya verilən məlumata görə, "Lexus" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə "Opel"də olan 4 nəfərdən 3-ü ölüb, biri isə yaralanıb. Ölənlərdən ikisi kişi, biri qadındır. Yaralanan şəxs xəstəxanaya aparılıb. Hələlik ölənlərin və yaralının şəxsiyyəti məlum deyil.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB