Bakı-Şamaxı yolunda ölumlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib
4 Yanvar 2012 15:57 (UTC+04:00)
Bu gün günorta saatlarında Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polis İdarəsindən SİA-ya verilən məlumata görə, "Lexus" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə "Opel"də olan 4 nəfərdən 3-ü ölüb, biri isə yaralanıb. Ölənlərdən ikisi kişi, biri qadındır. Yaralanan şəxs xəstəxanaya aparılıb. Hələlik ölənlərin və yaralının şəxsiyyəti məlum deyil. Hazırda qəzanın səbəbləri araşdırılır.