Yeni ilin ilk günündə Şirvan şəhərində yenə avtoqəzalar baş verdi. SİA-nın Aran bürosunun məlumatına görə, bu gün axşamçağı saat 19:20 radələrində hadisə Şirvan şəhərinin M.Cavadov küçəsində 2 VAZ 2107 markalı avtomabillərin toqquşması nəticəsində baş verib. Salyan rayonun Qaraçala kənd sakini, 1989-cu il təvəllüdlü Əliyev Əli Nadir oğlu idarə etdiyi VAZ 2107 markalı 10 NB 986 nömrəli maşınla öz yolunda hərəkət edərkən qarşısına qəflətən Şirvan şəhər Hacıqəhrəmanlı kənd sakini, 1969-cu il təvəllüdlü Vilayətov Müşviq Əlidadaş oğlu idarə etdiyi VAZ 2107 markalı maşın çıxıb.
Baş verən qəza nəticəsində Şirvan sakini Müşviq Vilayətov xəsarət alaraq baş ənsə nahiyyəsinin əzilmiş, cırılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Şirvan Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB