Şirvanda daha iki maşın toqquşdu

Şirvanda daha iki maşın toqquşdu

Şirvan şəhərində bu gün saat 14:30 radələrində ikinci yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, şəhərin mərkəzi M.Rəsulzadə prospektində 2 avtomobil toqquşşub.

Belə ki, VAZ 2107 markalı 10 KR 422 nömrəli avtomobilin sürücüsü Cəbrayıl rayonundan olan və hal-hazırda Hacıqabulda yaşayan 1971-ci il təvəllüdlü Hüseynov Nüşirəvan Zakir oğlu hərəkətdə olarkən 1990-ci il təvəllüdlü Şirvan şəhər sakini Şahbazov Naməddin Səmid oğlunun idarə etdiyi VAZ 2106 markalı 10 KJ 258 nömrəli maşınla toqquşub.

Nəticədə xəsarət alan olmasa da hər iki maşına ciddi ziyan dəyib. DYP bölməsinin inispektoru Murad Süleymanovun açıqlamasına görə, baş vermiş hadisə ilə bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.



İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə