Bu gün Şirvan şəhərində günorta saatlarında iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına əsasən, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə aınıb.
İşıqforun qırmızı işığına məhəl qoymayan BMW markalı 90 NA 726 nömrəli avtomobilin sürücüsü 1990-ci il təvəllüdlü Şirvan şəhər sakini Mürsəlov Maarif Rzaxan oğlu magistral yola çıxmaq istəyən sürücü 1979-cu il təvəllüdlü Hacıyev Xəzər Əlheybət oğlunun idarə etdiyi VAZ-2106 markalı 01 BF 153 nömrəli avtomobili vurub. Nəticədə həmin avtomobildə olan sərnişinlər - 1991-ci il təvəllüdlü Əliyeva Nərmin Mərifət qızı, 1950-ci il təvəllüdlü Əliyev Qurban Ağalar oğlu və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxananın travmatolq həkimi Tofiq Hüseynovun dediyinə görə, yaralıların vəziyyəti qənaətbəxşdir və müalicələri davam edir. DYP bölməsinin inispektoru Murad Süleymanovun məlumatına görə, baş vermiş hadisə ilə bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb araşdırmalar aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB