Ötən gecə Şirvan şəhərində sərxoş sürücü avtomobilin idarəetməsini itirib və yoldan çıxaraq dərəyə yuvarlanıb. SİA-nın Aran bürosunun məlumatına əsasən, hadisə Şirvan şəhərindən Sabirabad rayonu istiqamətinə gedən 1 May küçəsində baş verib.
58 yaşlı Masallı rayon sakini Cavadov Gülhüseyn Surxay oğlu Şirvan şəhər istiqamətində hərəkət olarkən idarə etdiyi VAZ 2106 markalı 10 DD 816 nömrəli maşını yol kənarındakı dərəyə yuvarladıb. Xoşbəxtlikdən sərxoş sürücyə bir şey olmasa da, avtomobilinə ciddi ziyan dəyib. Şirvan şəhər DYP bölməsinin inispektoru Mehdi Muxtarovun dediyinə görə faktla bağl araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB