Hacıqabulda oğrular yaxalanıb

Hacıqabulda mal-qara və ev oğruları yaxalanıb. SİA-nın Aran bürosuna məlumat verən rayon polis şöbəsinin müstəntiqi Bəxtiyar Qurbanov bildirib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğruları həbs etmək mümkün olub.

Hacıqabul Rayon Polis Şöbəsinə Şahin Şahkərəm oğlu Əsgərova məxsus xirdabuynuzlu heyvanların oğurlanması barədə məlumat daxil olan kimi əməliyyat-axtarış qrupu yaradılıb. Keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində qoyun oğrusu yaxalanıb. Məlum olub ki, bu rayon sakini 38 yaşlı Azad İsrafiloviç Murtuzovdur. İlkin dindirmə zamanı Azad Murtuzov ehtiyac üzündən oğurluq etdiyini etiraf edib.

Bundan başqa Hacıqabulda daha bir oğurluq hadisəsi isə rayonun X.Məmmədov küçəsində qeydə alınıb. Rayon sakini Aygün Ağaqulu qızı Şotiyeva evindən məişət əşyalarının oğurlanması barədə polis şöbəsinə rəsmi müraciət edib. Əməliyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, 23 yaşlı Asif Çingiz oğlu Novruov şübhəli şəxs qismində saxlanılraq şöbəyə gətirilib. Asif Novruzov da ilkin dindirmə zamanı törətdiyi cinayəti etiraf edib.

Hər iki faktla bağlı Hacıqabul rayon polis şöbəsində cinayət işi qaldırılıb, araşdırmalar aparıır.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə