Ötən gecə Siyəzən rayonu Cahandar kəndi yaxınlığında dənizdə balıqçı qayığı batıb. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, FHN-nin Siyəzən rayon şöbəsindən bildirilib ki, hadisə zamanı qayığda 3 nəfər Siyəzən sakini - 42 yaşlı Rahib Əliyev, 48 yaşlı Ağayar Manafov və 36 yaşlı Aydın Məmmədov olub. Güclü fırtınaya düşən balıqçılar idarəetməni itirdiyindən qayıq çevrilib.
Məlumata görə, balıqçıların axtarışı ilə bağlı aparılan əməliyyatlar nəticəsində iki balıqçı - Ağayar Manafov və Aydın Məmmədovun meyidləri aşkarlanıb.
Qeyd edək ki, axtarışları davam etdirililən digər balıqçı Rahib Əliyevin meyidi isə bu gün səhər saatlarında suda çıxarılıb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB