Bakının Nərimanov rayonu ərazisindəki qorunan körpünün üstündə silahlı şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cəbrayıl rayon sakini Vidadi Fərhadov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ondan 1 ədəd "Naqan" tipli tapança götürülüb.
O, sonrakı araşdırmalar aparılması üçün Nərimanov Rayon Polis İdarəsi 17-ci polis bölməsinə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB