Sürət həddini keçən minik maşını piyadanı vurub

Sürət həddini keçən minik maşını piyadanı vurub

Yevlax Bəhrəmtəpə yolundan Bərdə rayon Xəsilli kəndi ərazisində baş verən yol qəzasında "Vaz 2106" markalı avtomobil piyadanı vurub.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, magistralın avtomobil yolunun yaşıllıq zolağında qoyun otaran Bərdə rayon sakini 67 yaşlı Əli Gülmalıyev heyvanları yoldan qaytarmaq üçün kamaz markalı yük maşının önündən yola çıxıb. Bu anda yüksək sürətlə yolda ötmə əməliyyatı edən minik maşını kənd sakinini vurub.Yaralı Rayon mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, avtoekspertizanın rəyindən sonra qəzanın dəqiq səbəbləri bilinəcək .


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə