Sumqayıt şəhəri 5-ci mikrorayon, ev 5/9 ünvanında intihar hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən SİA-ya verilən məlumata görə, 52 yaşlı Namiq İsgəndər oğlu Məmmədov yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətlərdən elə hadisə yerindəcə keçinib. Hadisənin dəqiq səbəbi isə məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB