Sumqayıtda oğurluq hadisəsi olub

Sumqayıtda oğurluq hadisəsi olub

Ötən gün gecə saatlarında Sumqayıt şəhərinin "Bağlar massivində oğurluq hadisəsi baş verib. SİA-nın xəbərinə görə, 3 naməlum şəxs həmin ünvanda evdə tək yaşayan bir qadının evinə basqın edərək ona zor tətbiq ediblər. Qadının əl-qollarını bağlayan oğrular ona məxsus evdən qiymətli bütün əşyaları götürərək qaçıblar. Faktla bağlı araşdırma aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə