Xaçmazda oğurluq hadisəsi baş verib

Xaçmazda oğurluq hadisəsi baş verib

Xaçmazın Armud-padar kəndində yaşayan Tərlan Mikayilova məxsus yaşayış evində oğurluq hadisəsi baş verib. SİA-nın Şimal bürosunun veridiyi xəbərə görə, oğurluq edən 26 yaşlı gənc əvvəllərdə məhkumluq həyatı yaşayan Qusar rayonu Gündüzqala kənd sakini Rinat Zahirovu polis yolda yaxalıyıb.

Evdə kiminsə olmadıgıni bilən ogru, çöl qapısının üstündən keçərək, evin pəncərəsindən içəriyə daxil olaraq, ümumi dəyəri 5500 dəyərində olan qızıl zinyət əşyalarını ogurlayıb gedərkən evin sahibi evinə gəlib, səsi eşidən ev sahibi ikinci mərtəbəyə qalxıb bu zaman, Rinat Zahirov kiminsə gəldiyini eşidib, pəncərədən özünü ataraq qaçıb. Polisə məlumat verən ev sahibi, oğrunu Xaçmaz-Quba yolunda yaxalamağa nail olub.

Saxlanılan şəxs törətdiyi əməlində deyil, polis onu yaxaladığına görə peşman olduğunu bildirib.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə