İran parlamentində müzakirələr davaya çevrildi

İran parlamentində müzakirələr davaya çevrildi

İran parlamentinin plenar iclasında müzakirələr dava ilə başa çatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, güzəştlər və imtiyazlar komissiyasının sədri Bəhruz Muradi hökumətin bu sahədəki islahatlarından bəhs edərkən deputat Hüseyn Hüseyni yerindən qalxaraq ona suallar verib. Hüseyni hökuməti imtiyazı olan şəxslərə təbii qaz, elektroenerji və içməli su ödənişləri ilə bağlı güzəşt şərtlərinə riayət etməməkdə suçlayıb. Belə olan təqdirdə bundan əsəbləşən Muradi deputata söyüb və dava başlayıb. Nəticədə parlamentin spikeri Əli Laricani komissiya sədri Muradini zaldan qovub.

Bütün xəbərlər Facebook səhifəmizdə