1500-ə yaxın pirat CD və DVD-lər məhv edilib

1500-ə yaxın pirat CD və DVD-lər məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı Aslan Bayramova, Əziz Orucova və Asif Bağırova məxsus mağazalarda aşkar olunmuş pirat CD və DVD-lərin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən həmin sahibkarlara icrası məcburi göstəriş verilib. Nazirliydən SİA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq, bu mağazalardan satışdan çıxarılmış 1500-ə yaxın pirat CD və DVD-lər qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə