Bakıda oğurluqla məşğul olan dəstə yaxalanıb. SİA-nın verdiyi məlumata görə, Nizami RPİ 24-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Babək Mürsəlov, qardaşı Anar, Əhliman Kazımov və Mais Quliyev dekabrın 24-də tutularaq istintaqa cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, onlar dekabrın 22-nə keçən gecə Q.Qarayev prospektində Şükür Hüseynova məxsus "VAZ-2107", Elvin Möhsümova məxsus "VAZ-21114", dekabrın 23-nə keçən gecə isə Şərifli küçəsində yaşayan Oruc Kərimliyə məxsus "VAZ-2107" markalı avtomobillərin təkərlərini oğurlayıblar. Hazırda onların barəsində cinayət işi açılıb, istintaq gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB