Yeni Zelandiyanın Kriskurk şəhərində 5,8 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Zəlzələ baş verən an insanlar arasında güclü çaxnaşma yaranıb.
Qeyd edək ki, Yeni Zelandiyanın üçüncü böyük şəhəri olan Kriskurkda fevral ayında 6,3 bal zəlzələdə gücündə baş vermiş zəlzələdə 180 nəfər həyatını itirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB