Gədəbəy qızıl-mis emalı zavodundan qiymətli metal oğurlayan şəxslər yaxalanıb
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy qızıl-mis emalı zavodundan qiymətli metalı oğurlamaqda təqsirli bilinən şəxslər yaxalanıblar.
MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzindən SİA-ya verilən xəbərə, Azərbaycan vətəndaşları Səmədov Natiq Nəriman oğlu, Heydarov Valeh Şahmar oğlu, Haqverdiyev Vüqar Abbasəli oğlu, Musayev Zaman Həsən oğlu və Sadıqov İqbal İbrahim oğlu qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Gədəbəy rayonunda yerləşən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin qızıl-mis emalı zavodundan tərkibində 368 qram təmiz qızıl olan 920 qram çəkidə xam qızılı oğurlayıblar.
Müəyyən edilib ki, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy qızıl-mis emalı zavodunda işləyən Zaman Musayev və İqbal Sadıqov qrupun digər üzvləri Vüqar Haqverdiyev, Natiq Səmədov və Valeh Heydarovla birlikdə həmin zavoddan xam qızılın oğurlanması, sonradan onun emal edilərək satılması və əldə edilmiş qazancın öz aralarında bölüşdürülməsi barədə razılığa gəliblər.
Qrup üzvləri arasında əvvəlcədən müəyyən olunmuş vəzifə bölgüsünə əsasən, Zaman Musayev və İqbal Sadıqov həmin zavoddan 1 kiloqrama yaxın xam qızılı oğurlayaraq Vüqar Haqverdiyev və Natiq Səmədovun vasitəsilə Valeh Heydarova çatdırmışlar. Valeh Heydarov da həmin qızılı satmaq məqsədilə Bakı şəhərinə apararkən saxlanılmış, onun üzərinə və şəxsi əşyalarına keçirilmiş baxış zamanı sonuncuya məxsus çantanın içərisindən 920 qram xam qızıl aşkar olunaraq götürülmüşdür. Valeh Heydarovun Bakı şəhərində yaşadığı mənzilə keçirilmiş baxış nəticəsində tərkibindən qızıl əldə edilməsi nəzərdə tutulan mikrosxemlər, xam qızılın emalı üçün nəzərdə tutulan turşu məhlulu və qaynaq lampası aşkarlanmışdır.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla gizli olaraq talamaqla oğurluq) maddəsi ilə cinayət işi başlanılmış, adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə bütün halların araşdırılması üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



