Qışın oğlan çağına rəğmən təbiət özünün qəribəlikləri ilə təşvişə səbəb olur. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ilin bu mövsümündə sürünənlər Ağcabədi rayonunun Boyad kəndində bir ailənin yuxusuna haram qatıb. Evin hər tərəfində peyda olan ilanlar böyükdən-balacaya qədər hamını dəhşətə gətirir.
Bir müddət əvvəl Ağcəbədinin Boyat kəndinin əkin sahələrində daha çox görününən ilan indidə yaşayış məntəqələrinə soxulub. Hələ ötən yayda evlərində ortaya çıxan ilanlar Aslanovlar ailəsini ev-eşiklərindən didərgin salıblar.
Qeyd edək ki, Boyad kəndi coğrafi baxımdan Ağdam istiqamətindən keçən cəbhə xəttinə yaxındır. Ümumilikdə son illər təmas xəttinə yaxın yaşayış məntəqələrində ilin istənilən mövsümündə bu cür ilan sürülərinə təsadüf edilir. Bu isə daha çox yaşayış olmayan işğal altındakı ərazilərdə sürətlə artan zərərvericilərin yaşayış məskənlərinə yayılmasına səbəb olur.
İndi Kənd sakinləri vəziyyətdən çıxış yolu axtarır.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB