Paytaxtın tibb mərkəzlərindən birində oğurluq olub

Paytaxtın tibb mərkəzlərindən birində oğurluq olub
Yasamal rayonu ərazisində yerləşən tibb məntəqəsində oğurluq baş verib. Hadisə ailə Sağlamlıq Mərkəzinin geyim otağında törədilib. SİA-nın verdiyi məlumata görə, Xırdalan şəhər sakini Ruxsarə Hacıyevanın içərisində 160 manat pul olan çantası naməlum şəxs tərəfindən oğurlanıb. Hadisə yerinə gələn Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Tərtər rayon sakini Səbinə Məmmədova tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə