Goranboyda baş verən ağır yol qəzası iki gəncin həyatına son qoydu. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ötən gün axşam saatlarında rayonun Qızılhacılı kəndi ərazisində yaşanan ağır yol qəzasında rayon sakini Orxan Həsənovun idarə etdiyi \"Mercedes\" markalı avtomaşın idarə etməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Sürətlə dirəyə çırpılan avtomobilin sürücüsü Orxan Həsənov və sərnişin Təbiriz Qasımov hadisə yerində ölüblər.
Digər sərnişinlər Səbuhi Səmədov, Ayaz Yusifov və Hafiz Şıxıyev xəstəxanaya yerləşdiriliblər. Müxtəlif bədən xəsarətləri ilə xəstənaya yerləşdirilən yaralıların vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, hadisə ilə rayon polis şöbəsində təhqiqat aparılır.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB