Azərbaycan Ordusunun əsgəri minaya düşüb

Azərbaycan Ordusunun əsgəri minaya düşüb

Azərbaycan Ordusunun əsgəri minaya düşərək yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisə bu gün günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində baş verib. Belə ki, Azərbaycan Ordusunun əsgəri, 1992-ci il təvəllüdlü Quluzadə Elvin Abbas oğlu piyada əleyhinə minaya düşərək yaralanıb.

Əsgər hərbi hospitala yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Quluzadə Elvin Abbas oğlu 2010-cu ilin oktyabr ayında Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə