Qusar rayonunda bir nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, hadisə ötən gün baş verib. Qusar şəhəri Heydər Əliyev prospekti 117 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Ələsgərova Kəmalə Mirzəəhməd qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub. Dərhal hadisə yerinə Qusar rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış keçirilib, ekspertiziyalar təyin edilib. İlkin araşdırmalardan sonra Kəmalə Ələsgərovanın su qızdırıcısından çıxan dəm qazından zəhərləndiyi məlum olub.
Qeyd edək ki, mərhum 10 ildən artıqdır, Qusar Rayon Təhsil Şöbəsində mühasib işləyib.
Onun ölüm xəbəri yaxınları kimi, iş yoldaşlarını da möhkəm sarsıdıb. İş yoldaşının bildirdiyinə görə, çalışdıqları dönəmdə Kamalə Ələsgərovanın səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.
Hazırda faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB