Bakı-Mərdəkan yolunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Vaqif Quliyevin idarə etdiyi "KamAZ" markalı yük maşını Sahib Əsədovun idarə etdiyi "VAZ 2107" markalı və Mənsur Cabbarovun idarə etdiyi "Toyota" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 2107" markalı avtomobilin sürücüsü Sahib Əsədovun 2 yaşlı oğlu Sadiq Əsədov hadisə yerində dünyasını dəyişib. Sürücü və avtomobildə olan digər sərnişinlər Nazim Tağıyev, Günay Tağıyeva, Aysel Məmmədhüseynova, Nihat Tağıyev və Nicat Tağıyev müxtəlif xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə,yaralıların vəziyyəti orta ağırdı.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB