Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, rayon ərazisində müəyyən edilməmiş avtomaşınla 30-35 yaşlı qadın vurulub. Nəticədə, həmin qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Qəzaya səbəb olan sürücünün müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir

Bütün xəbərlər Facebook səhifəmizdə