Bu gün Binəqədi rayonu 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsi 2 ünvanında yerləşən binanın zirzəmisində güclü partlayış olub. SİA-nın məlumatına görə, binanın girişlərindən bir neçəsi uçub, zirzəminin divarlarında iri deşiklər yaranıb, həmçinin birinci mərtəbələrdə yerləşən mənzillərə ziyan dəyib. İlkin məlumata görə, 3 nəfər yüngül xəsarət alıb.
Bina sakinləri evakuasiya olunub. İlkin ehtimala görə, hadisəyə qaz sızması səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB